Azərbaycanlı jurnalist azadlığa buraxıldı

Azərbaycanlı jurnalist azadlığa buraxıldı
  17 Sentyabr 2014    Oxunub:2470
İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətə görə bir neçə gün əvvəl tutulmuş təbrizli jurnalist Həsən Ərk azadlığa buraxılıb.
AzVision.az media forum-a istinadən xəbər verir ki, Həsən Ərk bir sutka saxlanıb dindirilib. Bundan sonra o, mülk girovu qarşılığında şərti azadlığa buraxılıb. Sərbəst buraxılarkən jurnalistə deyilib ki, o, yaxın günlərdə ETTELAAT-ın Təbriz şöbəsinə gəlməli, apardığı fəaliyyətlə bağlı suallara cavab verməlidir.

İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları sentyabrın 11-i sübh saatlarında Həsən Ərki və Azərbaycan milli rəqsləri müəllimi olan qızı Solmaz Ərki evdən tutub aparmışdılar. Solmaz Ərk bir neçə saat saxlanıb dindirildikdən sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Həsən Ərk milli zəmindəki dinc fəaliyyət və yazılarına görə bundan əvvəl bir neçə dəfə tutulub. 2011-ci ildə 9 ay müddətinə azadlıqdan məhrum edilib.


Teqlər:





Xəbər lenti