BMT-nin kritik sessiyası başladı

BMT-nin kritik sessiyası başladı
  17 Sentyabr 2014    Oxunub:1778
Bu gün BMT Baş Assambleyasının 69-cu sessiyası öz işinə başlayıb.
AzVision.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, iclası Uqanda nümayəndə heyətinin üzvü Sem Kutes Kahamba açıb.

Sessiyanın başlandığını elan edən Kahamba dünyada münaqişələr, təbii fəlakət qurbanlarının yad edilməsi məqsədilə bir dəqiqəlik sükut elan edib. Baş Assambleyanın iclasında BMT-yə üzv 193 ölkənin nümayəndə heyəti, həmçinin qurumun baş katibi Pan Gi Mun – da iştirak edir.

Assambleyada ən gərgin gün sentyabrın 24-ü olacaq. Məhz bu gün BMT-də illik ümumi siyasi diskussiya tədbiri keçiriləcək. Daha əvvəl jurnalistlərə açıqlama verən Pan Gi Mun diskussiyada 140-dan çox ölkə və hökumət başçıları iştirak edəcəyini bildirib.

Sentyabrın 24-də ABŞ prezidenti Barak Obama, bir gün sonra isə Ukrayna prezidenti Pyotr Poroşenkonun Assambleyanın iclasında çıxış edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti