NATO Qarabağ münaqişəsinin həllində maraqlıdır

NATO Qarabağ münaqişəsinin həllində maraqlıdır
  17 Sentyabr 2014    Oxunub:1379
NATO bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün çıxış nöqtələri qismində BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır.
Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Novosti Armeniya"ya deyib.

Onun sözlərinə görə, prinsiplərə güc tətbiq etməmə, ərazi bütövlüyü, həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququ daxildir: "Nizamlanma bütün prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr davamlı tənzimləməyə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklər".

Diplomat qeyd edib ki, azad və dinc Avropa ideyalarına sadiq qalan alyans kimi NATO uzunmüddətli münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir: "Qeyd etmək lazımdır ki, NATO sammitinin bəyannaməsi tərəfləri danışıqların müəyyən edilmiş formatı çərçivəsində nizamlama istiqamətində işləməyə çağırıb. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, tərəflərin razılaşdıqları və tam dəstəklədikləri format ATƏT-in Minsk qrupudur".

Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannamə və məruzəni AŞ PA-ya təqdim etmək təşəbbüsünü şərh etmək xahişinə cavab olaraq diplomat vurğulayıb ki, Minsk qrupunun həmsədrləri Avropa Şurası Parlament Assambleyası tərəfindən atılan addımları görüblər: "Biz qeyd etmək istəyirik ki, ATƏT-in Minsk qrupu prosesi tərəflərin və beynəlxalq ictimaiyyətin tanıdığı danışıqlar formatıdır. Ümid edirik ki, bütün tərəflər davamlı tənzimləmənin tapılması üçün bizimlə konstruktiv şəkildə işləyəcəklər".(trend)


Teqlər:





Xəbər lenti