Nyu Yorkda erməni yalanlarına qarşı aksiya

Nyu Yorkda erməni yalanlarına qarşı aksiya
  29 Aprel 2013    Oxunub:1272
Nyu Yorkda ASALA erməni terror təşkilatı tərəfindən qətl edilən türk diplomatlar anılıb
AzVision.az-ın məlumatına görə, aksiya Nyu York Times Meydanında Gənc Türklər Dərnəyi (Young Turks) tərəfindən təşkil edilib. "Erməni yalanlarına son və şəhid diplomatları anma" mitinqində qondorma erməni soyqırım iddialarının əsassız olduğu vurğulanıb.

Mitinqə Türkiyənin Nyu York baş konsulluğunun nümayəndələri, Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF), Gənc Türklər Dərnəyi (Young Turks), eləcə də müxtəlif ictimai birliklərin başçıları və çox sayda türklər, azerbaycanlılar, uyğur türkləri qatılıb.

ABŞ-dakı erməni lobbisinin Türkiyə və türklərə qarşı böhtan kampaniyalarının, New York və ətrafında yaşayan türklər tərəfindən etiraz edildiyi mitinqdə, etirazçılar, əllərində Türk, Azərbaycan və KKTC Bayrağı və pankartlarla erməni yalan və böhtanlarına qarşı gerçəkləri qışqırıblar. Mitingi izləyənlərə isə, erməni vəhşiliyinin gerçəklərini izah edən broşuralar paylanıb.


Teqlər:





Xəbər lenti