ABŞ Poroşenkonun istəyini rədd etdi

ABŞ Poroşenkonun istəyini rədd etdi
  19 Sentyabr 2014    Oxunub:1587
ABŞ prezidenti Barak Obama Ukraynaya NATO-dan kənar ABŞ-ın əsas tərəfdaşı statusunu verməkdən imtina edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “CNN” telekanalına müsahibəsində bildirib.

Aparıcının Obamanın Ukrayna dövlətinə belə bir statusun verməsi barədə sualına Poroşenko belə cavab verib: “O, “yox” dedi. Çünki ölkələrimiz arasında artıq xüsusi status var. ABŞ və Ukrayna arasında təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı əlaqələrin səviyyəsi NATO-dan kənar əsas tərəfdaş statusundan dəfələrlə çoxdur”.

Poroşenko həmçinin bəyan edib ki, ABŞ-la əldə olunan razılaşmada Ukraynaya silah tədarükü ilə bağlı maddə yoxdur. Lakin Ukrayna digər ölkələrdən sərbəst şəkildə silah ala bilər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti