Kılıçdaroğlu ağladı: `Ayaqqabım yox idi geyinməyə`

Kılıçdaroğlu ağladı: `Ayaqqabım yox idi geyinməyə`
  19 Sentyabr 2014    Oxunub:2997
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qonaq qismində dəvət olunduğu verilişdə ağlayıb.

AzVision.az xəbər verir ki, Fox tv-də çıxış edən partiya sədri verilişdə uşaqlıq və gənclik fotolarını klip halında görəndə göz yaşlarını saxlaya bilməyib.

Uşaqlıq illərindən danışan partiya sədri bunları deyib: “Yeddi uşağı olan bir ailədə doğulmuşam. Atam dövlət məmuru idi. Qardaş-bacılarım arasında təkcə mən ali məktəb oxumuşam. Böyük bacım oxuyub-yazmağı bacarmırdı.

Uşaq vaxtı mənə böyük ayaqqabı almışdılar ki, böyüyəndə də geyinə bilim. Əziyyətlə dolanırdıq. Kasıbçılıqla böyümüşəm. İndi isə vəziyyət fərqlidir. Atatürkün qurduğu əsl cümhuriyyətdir. Bunun sayəsində Anadolunun hər hansı kəndində doğulub istədiyin məqama çata bilirsən. Cümhuriyyətin gözəllikləridir. Bunun nə qədər önəmli olduğunu başa düşmək lazımdır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti