İŞİD daha bir jurnalistin videosunu yaydı

İŞİD daha bir jurnalistin videosunu yaydı
  19 Sentyabr 2014    Oxunub:1612
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı daha bir qərbli jurnalsitin videogörüntüsünü yayıb.
AzVision.az xəbər verir ki, bu dəfəki videoda təşkilatın baş kəsdiyi görüntülər yox, təbliğatı yer alıb.

İngilis juranlist Con Kantl “Mənə qulaq asın” adlı proqramda “Qərb mediası və İŞİD” arxasındakı həqiqətlərdən danışır.

Bundan əvvəl edam edilən jurnalistlər kimi narıncı paltarda olan juranlsit adının Con Kantl olduğunu və “The Sunday Times”, “The Sun” və “The Sunday Telegraph” kimi mətbuat orqanlarında işlədiyini deyib.

C.Kantl verilişində onu da qeyd edir ki, Avropa ölkələrinin bir çoxu İŞİD-in əlində olan girovlarını xilas etmək üçün təşkilatla görüşlər keçirir, pul ödəyir və bundan sonra girovlar azadlığa buraxılır. ABŞ və İngiltərə isə öz vətəndaşlarını xilas etmir.

Qeyd edək ki, İŞİD bir neçə dəfə qərbli jurnalistlərə məxsus videogörüntüləri yayıb. Onlardan birində ingilis jurnalist Devid Heyns, ikisində isə ABŞ-lı jurnalistlər Ceyms Foli və Stiven Stolofun edam görüntüləri var.



Fatimə Kərimli


Teqlər:





Xəbər lenti