ABŞ-dan İŞİD-ə qarşı 500 milyon dollar
Qeyd edək ki, İŞİD-ə qarşı mübarizə məqsədilə Suriya müxalifətinə 500 milyon dollar ayrılmasını nəzərdə tutan planı çərşənbə günü Konqresin Nümayəndələr palatası da təsdiqləmişdi. O, prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Pentaqon Suriya müxalifətinə silah verəcək və döyüşçülərə təlim keçirəcək. Lakin ABŞ hərbçiləri hərbi əməliyyatlarda iştirak etməyəcək.
ABŞ hökuməti eyni zamanda İŞİD-lə mübarizə aparan İraqa yadım edəcək, həmçinin islamçılara birbaşa raket zərbələrin endirəcək.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
Teqlər: