Fransa İŞİD-lə vuruşmağa başladı

Fransa İŞİD-lə vuruşmağa başladı
  19 Sentyabr 2014    Oxunub:1486
Fransa Hərbi Hava Qüvvələrinə (Fransa HHQ) məxsus hərbi təyyarələr İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının İraqdakı mövqelərinə aviazərbələr endirib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Hökumətdən olan mənbənin sözlərinə görə, aviazərbələr cümə günü səhər saatlarında endirilib. Fransa HHQ-nin əsas hədəfi qruplaşmaya məxsus silah anbarları olub.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Fransua Olland bəyan edib ki, onun ölkəsi İraq ərazisindəki terrorçulara aviazərbələr endirməyə hazırdır. Lakin ölkə İraqa yerüstü qüvvələr göndərməyəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti