Strasburqda `Qobustan kölgələri`

Strasburqda `Qobustan kölgələri`
  20 Sentyabr 2014    Oxunub:1464
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğunun tanıdılması məqsədilə Fransada keçirilən Qobustan Həftəsi çərçivəsində 18 sentyabr 2014-cü il tarixində Strasburq şəhərində "Qobustan kölgələri" baleti nümayiş etdirilmiş və sərgi təşkil olunub.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. "Qobustan kölgələri" baletinin nümayişindən əvvəl açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edib.

Böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin müəllifi olduğu "Qobustan kölgələri" baleti müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrinin musiqi vasitəsilə tanıdılması məqsədi daşıyır.

YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş qoruğun təbliği çərçivəsində Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən qayaüstü rəsmlərin fotoşəkillərindən ibarət sərginin açılışı baş tutub.


Teqlər:





Xəbər lenti