İŞİD 60 kəndi ələ keçirdi
“Son 48 saat ərzində onlar 60-a yaxın kəndi tutub. Yalnız son 24 saat ərzində 40-a yaxın yaşayış məntəqəsi İŞİD-in əlinə keçib. Azlıqda qalan Kürd döyüşçüləri geri çəkilməyə məcbur qalıb” , – deyə döyüşçülərin rəhbəri Rami Abdel Rəhman bildirib.
Bu arada BMT Təhlükəsizlik Şurasının İraqdakı vəziyyətlə bağlı keçirilən iclasında ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, İran bu ölkədəki vəziyyətin nizamlanmasına öz tövhəsini verə bilər.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
Teqlər: