Sarkisyandan Şotlandiyadakı referenduma reaksiya
Erməni prezident bildirib ki, Şotlandiyadakı referendumun nəticələrinə baxmayaraq, şotland xalqı öz taleyini müəyyənləşdirmək hüququ əldə edib: “Daha bir xalq müstəqil şəkildə öz gələcəyini müəyyənləşdirdi. Referendumun nəticələri sadədir və şotland xalqıpnın kollektiv qərarına hörmətlə yanaşılmalıdır. Böyük Britaniya hökumətinin referendum barədə qərarına hörmətlə yanaşıram. Çünki onlar bu məsələni demokratik yolla həll etdilər”.
Qeyd edək ki, sentyabrın 18-də Şotlandiya müstəqilliklə bağlı referendum keçirilib. Nəticələrə əsasən ölkə üzrə 45 faiz müstəqilliyin lehinə, 55 faiz əleyhinə səs verib.
Eldar Tanrıverdiyev