Davudoğlu Bakı səfərini yarımçıq qoydu - FOTO

Davudoğlu Bakı səfərini yarımçıq qoydu - FOTO
  20 Sentyabr 2014    Oxunub:5984
İraqda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən girov götürülən türk diplomatları azad edilib.

AzVision.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyəyə qaytarılan diplomatların vəziyyəti qənatbəxşdir.

Azərbaycanda rəsmi əsfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bununla əlaqədar səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdır.

Bu ilin iyun ayında Türkiyənin Mosulda yerləşən Konsulluğunun 49 əməkdaşı İŞİD tərəfindən girov götürülmüşdü.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti