Ermənistan Rusiyaya uçuşlara bərpa edir

Ermənistan Rusiyaya uçuşlara bərpa edir
  20 Sentyabr 2014    Oxunub:1582
Ermənistanın “Air Armenia” aviaşirkəti Rusiya tərəfinə olan borcu ödəyib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəsmisi Sirak Ambarçumyan bildirib.

Onun sözlərinə görə, şirkətin Moskvadakı nümayəndəliyi Rusiya tərəfinə 405 min dollar vəsait ödəyib: “Biz Rusiyaya uçuşları davam etdirəcəyik”.

Qeyd edək ki, sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılıb.. Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bir neçə dəfə vaxt verilsə də, şirkət rəhbərliyi borcların azaldılması ilə əlaqədar heç bir addım atmayıb.

Qeyd edək ki, “Air Armenia” aviaşirkətinin Rusiya tərəfinə ümumilikdə 1,1 milyon dollar borcu var.

“Air Armenia” aviaşirkəti 2003-cü ildə yaradılıb. İlkin olaraq şirkət yük daşımaları məşğul olub, 2013-cü ildə isə sərnişin daşımaları həyata keçirmək üçün lisenziya alıb. Şirkət Rusiyanın Moskva, Sankt – Peterburq, Soçi, Krasnodar və bir sıra digər şirkətlərinə uçuşlar həyata keçirir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti