Ermənistan ordusu itki verdi

Ermənistan ordusu itki verdi
  21 Sentyabr 2014    Oxunub:2050
Ermənistanın Tavuş vilayətinin Artsvaberd kəndi ərazisində hərbçiləri daşıyan Ermənistan Müdafiə Nazirliyinin “QAZ-66” markalı maşını yoldan çıxaraq dərəyə yuvarlanıb.
Bu barədə erməni mətbuatı məlumat yayıb.

Belə ki, avtomobili idarə edən kapitan Pavlik Manukyan başından aldığı ağır xəsarət nəticəsində hadisə yerində ölüb.

Qəza zamanı maşında 13 hərbçi olub.

Hadisə nəticəsində maşında olan baş leytenant Artyun Xaçatryan, leytenant Armen Ovsepyan çavuşlar Qrişa Qriqoryan, Narek Mirzoyan, Mqer Vardanyan, Boris Tunyan və 6 sıravi əsgər müxtəlif xəsarətlərlə Berd şəhər hospitalına çatdırılıb.

Qəzayla bağlı Ermənistan İstintaq Komitəsində araşdırma aparılır.(ans)


Teqlər:





Xəbər lenti