Separatçılar razılığa gəldilər

Separatçılar razılığa gəldilər
  21 Sentyabr 2014    Oxunub:1472
Ukraynada hökumət qüvvələri ilə rusiyameyilli silahlılar arasında bufer zonasının yaradılmasına dair razılıq əldə olunub.
AzVision.az anspress-ə istinadən bildirr ki, bu gün Minksdə sülh danışıqları zamanı əldə edilmiş razılığa əsasən, 30 kilometrlik bufer zonasının yaradılması üçün tərəflər artilleriyanı 15 kilomert geriyə çəkməlidir.

Ukrayna, Rusiya, separatçı Donetsk Xalq və Luqansk Xalq respublikaları və ATƏT nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar zamanı əldə edilmiş razılığın məqsədi atəşkəs rejiminin daha gücləndirilməsindən ibarətdir.

ATƏT müşahidəçiləri yaradılan bufer zonasında monitorinq keçirəcəklər.

Qeyd edək ki, sentyabrın 5-də əldə edilmiş atəşkəs rejimi dəfələrlə pozulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti