Medvedyev Avropanı pulla hədələdi

Medvedyev Avropanı pulla hədələdi
  21 Sentyabr 2014    Oxunub:1891
Avropa Rusiyaya qarşı sanksiyalara görə ölkədəki payı ilə cavab verəcək.

BBC-nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedyev yerli telekanalların birinə müsahibəsində bildirib. Medvedyevin sözlərinə görə, sanksiyalar nə vaxtsa bitəcək, lakin Rusiyanın bazarını tərk etmiş avropalı tərəfdaşlar çətin ki, bura bir daha qayıda bilsinlər, çünki onların yerini rusiyalı və ya digər əcnəbi istehsalçılar tutacaq.

Rusiyanın baş naziri Asiya və Latın Amerikasından Rusiyanın bazarında avropalı tədarükçüləri əvəz etməyə çalışan sahibkarlara təskinlik verərək bildirib ki, Rusiyanın Avropa ilə münasibətlərinin normallaşacağı təqdirdə, onların buradakı mövqelərinə heç bir təhlükə yaranmayacaq (APA).


Teqlər:





Xəbər lenti