Fantastik layihə: 275 milyarda şəhər salınır

Fantastik layihə: 275 milyarda şəhər salınır
  22 Sentyabr 2014    Oxunub:5196
Cənubi Koreya şəhər tikintisi sahəsində fantastik layihə həyata keçirmək niyyətindədir. Burada tikiləcək super şəhər dünya meqapolislərinin ən yaxşı cəhətlərini özündə birləşdirəcək.

City8 adlanacaq şəhər Yongyu-Muui adalarında yerləşəcək. Layihənin reallaşdırılması üçün 275 milyard ABŞ dolları tələb olunur.

Hesablamalara görə, şəhərin tikintisi 930 min iş yerinin açılmasına imkan verəcək. Tikinti başa çatdıqdan sonra isə super şəhəri hər il 134 milyon turistin ziyarət edəcəyi gözlənilir.

Yeni şəhərdə kazinolar, ticarət mərkəzləri, tematik parklar, su parkları, “Formula-1” yarışları üçün tras, 50 min nəfərlik konsert zalı, dəbdəbəli hotellər və əyləncə parkları salınacaq.



Teqlər:





Xəbər lenti