Moskva Xəzərin bölünməsini istəmir

Moskva Xəzərin bölünməsini istəmir
  22 Sentyabr 2014    Oxunub:1988
Rəsmi Moskva Xəzər dənizinin sahilyanı dövlətlər arasında milli sektorlara bölünməsinə qarşıdır.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin Rusiya MDB ölkələri ilə sərhədlərin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, ölkə XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.

“Rusiya tərəfi Xəzər dənizinin sektorlara bölünməsi ideyasını dəstəkləmir”, – deyə Bratçikov jurnalistlə açıqlamasında bildirib.

Qeyd edək ki, SSRi dağıldıqdan sonra Xəzərin beş sahilyanı ölkələr arasında bölünməsi məsələsi gündəmə gəlib. Sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərində Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentinin iştirakı ilə IV Xəzər sammiti keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti