İranda 11 nəfər “WhatsApp”a görə həbs edildi

İranda 11 nəfər “WhatsApp”a görə həbs edildi
  22 Sentyabr 2014    Oxunub:1866
İran rəhbərliyi “WhatsApp”, “Viber” kimi proqramlarda aparılan yoxlamalardan sonra ölkənin cənubunda 11 nəfəri həbs edib.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, həbs olunan şəxslər bu proqram vasitəsilə İran İslam respublikasının banisi Ayətullah Ruhullah Musəvi Xomeynini təhqir edən mesajlar göndəriblər.

“WhatsApp”, “Viber” və “Line” kimi mobil proqramlarda yoxlamalar apardıqdan sonra 11 nəfər həbs olunub. Onlar yoldan çıxdıqlarını etiraf ediblər”, - deyə İslam İnqilabı Keşikçilər Korpusunun yerli şöbəsinin rəhbəri general İsmayıl Mohebipur bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti