Misir mətbuatında Azərbaycana qarşı qərəz

Misir mətbuatında Azərbaycana qarşı qərəz
  23 Sentyabr 2014    Oxunub:1991
Misirin bəzi kütləvi informasiya vasitələrində sentyabrın 11-13-də Bakıda keçirilmiş birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən dövlətlərin Azərbaycanla münasibətlərinə dair qərəzli fikirlər səsləndirilmişdi.
Azərbaycanın Misirdəki səfirliyi həmin kütləvi informasiya vasitələrində bu fikirlərə aydınlıq gətirib. Bundan başqa, səfir Şahin Abdullayevin mövzu ilə bağlı məqaləsi Misirin "Əl-Əxbar" qəzetində nəşr olunub.

Ş.Abdullayev məqalədə "ADEX 2014" sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyətinin iştirak etdiyini bildirib və həmin sərginin ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını qeyd edib.

Səfir yazır ki, iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər əldə etməsinə baxmayaraq, Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə regional, beynəlxalq sülh və əmin-amanlıq üçün təhdiddir.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan dünya ölkələri ilə öz milli maraqlarına uyğun olaraq qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, başqa ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplər əsasında əməkdaşlıq edir. Səfir Azərbaycanın xarici siyasətinin şəffaf olduğunu vurğulayır.


Teqlər:





Xəbər lenti