İŞİD türk hərbçisini öldürüb

İŞİD türk hərbçisini öldürüb
  23 Sentyabr 2014    Oxunub:1585
Türkiyə xüsusi xidmət orqanları İraqda girovların azad olması ilə bağlı əməliyyatın gedişi zamanı bir əməkdaşını itirib.
AzVision.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Davudoğlunun sözlərinə görə, əməliyyat zamanı İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları tərəfindən bir türk hərbçisi öldürülüb.

Qeyd edək ki, sentyabrın 20-də İraqda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən girov götürülən türk diplomatları azad edilib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti