Bakının mərkəzində yeni aparatlar - FOTO

Bakının mərkəzində yeni aparatlar - FOTO
  23 Sentyabr 2014    Oxunub:2193
Bakıda qazlı içkilər, təbii şirələr və pivə satışı üçün vendinq avtomatlar peyda olub. Həmin aparatlar şəhərdəki bir sıra yeraltı piyada keçidlərində quraşdırılıb.
AzVision.az Day.Az-a istinadən bildirir ki, həmin aparatlardan biri Bülbül prospekti və Nizami küçəsinin kəsişməsində, digəri isə Bülbül prospekti ilə 28 may küəsinin kəsişməsindəki piyada keçidindədir.

Analoji aparatların digər keçidlərdə, habelə ictimai yerlərdə qoyulması nəzərdə tutulub.

Vendinq avtomatından istifadə etmək çox asandır. Məsələn, "Pepsi" almaq üçün içkinin yanında göstərilmiş qiymət və kod yazılmış yerdə olan ikirəqəmli kodu yığmaq gərəkdir. Sonra aparata pul salınır. Ödəniş edildikdən sonrakı bir neçə saniyə ərzində aparat içkini verir.

Vendinq aparatı pulun qalığını da qaytara bilir.


Teqlər:





Xəbər lenti