Öcalan: “İŞİD məhv edilməlidir”

Öcalan: “İŞİD məhv edilməlidir”
  23 Sentyabr 2014    Oxunub:1689
Kürdlər İraq və Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı birləşməlidir.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə ömürlük həbs cəzası alan Kürdüstan partiyasının lideri Abdullah Öcalan bildirib.

“Kürdüstanda intensiv döyüşlər gedir. Bununla əlaqədar bütün kürd xalqı birləşməli və düşmənə layiqli cavab verməlidir”, - deyə o, vurğulayıb.

Öcalananın sözlərinə görə, rəsmi Ankara kürd kürd probleminin həlli prosesini intensivləşdirməldir: “İki ildir ki, nizamlanma, dialoq prosesi gedir. Lakin tərəflər arasında danışıqlar hələdə başlamayıb. Bu yolverilməzdir və danışıqlar prosesi başlanmalıdır”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti