Parisdə Azərbaycan günləri - FOTOLAR

Parisdə Azərbaycan günləri - FOTOLAR
  24 Sentyabr 2014    Oxunub:2082
Ölkəmizin fransızlara daha yaxından tanıdılması üçün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisin Vl meriyasının ərazisindəki Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi “ çərçivəsində keçirilən Azərbaycan günləri paytaxt sakinləri və qonaqlar arasında geniş əks sədaya səbəb olub və böyük maraq doğurub.
Şəhərciyə gələnlər müxtəlif növ şərablara, şirniyyatlara, mürəbbələrə, quru meyvələrə, çay dəsgahlarına qonaq edilib. Onlar xalça toxunmasının və misgərlik məmulatlarının hazılanmasının sirləri ilə yaxından tanış olub, ölkəmizin tarixindən, mədəniyyətindən, musiqisindən, incəsənətindən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və Şuşadan bəhs edən kitabları və broşürları, Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilən Xll əsr Azərbaycan şairi, dahi söz ustadı Nizami Gəncəvinin həyat və yaradıçılığına dair kitabları əldə edib, Azərbaycan incəsənət ustalarının çıxışlarını diqqətlə izləyiblər.

Paytaxt sakinləri sentyabrın 23-də incəsənət ustalarının növbəti konsertini dinləyib.
Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblı tamaşaçılar qarşısında çıxış edib. Əməkdar Mədəniyyət İşçisi Elçin Abbasov, Xəyyam Məmmədov, Çinarə Mütəllibova, Şəfa Kərimov, Elmir Tarverdiyev, Eyvaz Mütəllimov və Mehman Nuriyevin müxtəlif milli musiqi alətlərində ifaları, xanəndələrdən Əməkdar Artist Səbuhi İbayev, Günay İmamverdiyeva və Könül Tağıyevanın oxuduqları müğamlar və xalq mahnıları fransızlar tərəfindən rəğbətlə qarşılanıb.

“Azərbaycan şəhərciyi” çərçivəsində Azərbaycan günləri davam edir.

Qalereya




Teqlər:





Xəbər lenti