Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Qazaxıstanda təyyarə qəzaya uğrayıb
  24 Sentyabr 2014    Oxunub:1180
Qazaxistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Su-27” tipli hərbi təyyarə qəzaya uğrayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi bildirib.

Qəza baş verən zaman təyyarənin göyərtəsində iki pilot olub.

“Axtarış əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı yer aşkarlanıb. Pilotların axtarışı ilə bağlı əməliyyatlar davam etdirilir. Qəzanın baş vermə səbəblərinin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb”, – deyə məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti