TQDK 7-ci sinif dərsliklərini yoxlayacaq

TQDK 7-ci sinif dərsliklərini yoxlayacaq
  25 Sentyabr 2014    Oxunub:2372
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqinin aparılması üçün hazırlıq işlərinə başlanılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, TQDK ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi üçün ayrı-ayrı fənlər üzrə işçi qrupları yaradılıb.

İşçi qruplarına dərslik komplektləri və həmin sinif üzrə dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi nəticəsində formalaşmış rəylər təqdim edilmiş və onlara dərslik komplektlərinin Azərbaycan və rus dillərində olan variantlarının birgə təhlili, həmin komplektlərin məzmuna, dil, yazı üslubuna, dizayn və bədii tərtibatına, tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa yenidən baxılması üçün tapşırıqlar verilib.

Növbəti həftədən etibarən ayrı-ayrı fənlər üzrə işçi qrupları fəaliyyətə başlayacaq.


Teqlər:





Xəbər lenti