Hüquq müdafiəçiləri Almaniyanı darmadağın etdilər

Hüquq müdafiəçiləri Almaniyanı darmadağın etdilər
  29 Aprel 2013    Oxunub:1606
Aprelin 25-i BMT-ın insan hüquqları üzrə Şurası Almaniyada insan hüquqları ilə bağlı vəziyyəti nəzərdən keçirib. Bu iclasda Almaniya hökuməti dövlətlərin xüsusi nümayəndələri və vətəndaş cəmiyyətinin fəalları tərəfindən xoşagəlməz suallarla üzləşməli olub.
Almaniyanın insan hüquqlarının Liqasının məlumatına görə, alman hüquq müdafiəçiləri öz ölkələrində vəziyyət haqqında alternativ məruzə hazırlayıblar. Məruzə vəziyyət üzrə müzakirələrdə iştirak etmiş bütün BMT ölkələrinin diplomatik missiyalarına təqdim olunmuşdu. Alternativ məruzənin əsas vəziyyətlərindən sitatları sizin diqqətinizə təqdim edirik.

Almaniyada hüquq müdafiəsi yoxdur. Qanunverici aktların yaradılması üzərində hakimiyyət tərəfindən səlahiyyət verilmiş ekspertlər deyil, dar lobbi dairələrilə bağlı şəxslər çalışırlar. Buna görə də biz AFR-in qanunvericiliyində müxtəlif iqtisadi və maliyyə inhisarlarının təsirlərini müşahidə edə bilərik.

Mənbə: https://azvision.az/redirect.php?url=http://www.tagesschau.de/ausland/lobbyplag100.html

Beləliklə, türk və beynəlxalq mətbuatın məhkəmə zalına buraxılmaması təsadüfi deyil. Qeyd edək ki, Almaniyada 8 türk vətəndaşı öldürülüb.Almaniya hakimiyyəti heç istəmir ki, dünya ictimaiyyəti bu işdə əhəmiyyətli sübutların tam məhv edilməsi və nasist mühitində işləmiş alman xüsusi xidmət orqanlarının informatorları məhz hansı rolu yerinə yetirmələri haqqında həqiqətlərini bilsin. Dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər bilmirlər ki, Ali Məhkəmədə toplaşan hüquqşünaslar yerlərini qanuni seçkilər yolu ilə tutmayıblar və onlar məhkəmə iclaslarını aparmağa səlahiyyətli deyillər.

Mənbə: https://azvision.az/redirect.php?url=http://www.ardmediathek.de/das-erste/hart-aber-fair/21-00- uhr-pleite-beim-nazi-prozess-macht-sich?documentId=14142264
Mənbə: https://azvision.az/redirect.php?url=http://tinyurl.c3rqny

Qeyd: Məhkəmələr özləri, alman siyasi partiyaları və KİV dönə-dönə bildirirlər ki, məhkəmələr müstəqil olmalıdırlar. Ancaq heç vaxt aydınlaşdırmırlar ki, niyə Almaniyada vəziyyət məhz belə formalaşır. Bu haqda hər küncdə danışırlar, alman KİV-i informasiya yayır, əhalinin əksəriyyəti isə bu cür sualları verməyə ehtiyatlanır.

Alman məhkəmələri və hakimiyyət orqanları insan hüquqlarının müdafiəsi haqqında Avropa konvensiyasının ciddi icrasından yayınırlar – AB Böyük palatası 8.6.2006 – 75529/01 hökm (Zyurmeli/Almaniya), NJW 2006, 2389-da).

AFR-də kasıbçılıq

Nr 369 vom 23.10.2012 mətbuatı üçün ismarış: AFR-ın hər beşinci sakini yoxsulluq həddindən aşağı səviyyədədir və hakimiyyət tərəfindən sosial diskriminasiyaya məruz qalır.

Sübüt: https://www.destatis.de/DE/PresseService/Presse/Pressemitteilungen/2012/10/PD12_369_634.html

https://azvision.az/redirect.php?url=http://tinyurl.com/9md9olj

https://azvision.az/redirect.php?url=http://www.stern.de/panorama/statistisches-bundesamt-16- millionen-deutsche-von-armut-betroffen-1914163.html

Almaniyada 1,5 milyon insan sosial maddi yardımlar alanlardır. Onlar muzdlu işləyənlər və öz işinə görə saata 3-4 avro arasında qazananlardır. Bu insanlar tullantılarla qidalanmalıdırlar, çünki AFR hakimiyyəti normal həyat sürmək üçün lazım olan maaşı verməkdən prinsipial olaraq imtina edir. Bu halda mütləq diqqət yetirmək lazımdır ki, ölkədə sərvət necə qeyri-bərabər bölüşdürülüb.

Sübut: https://azvision.az/redirect.php?url=http://tinyurl.com/c68nab9 https://azvision.az/redirect.php?url=http://tinyurl.com/d5q7hdu

https://azvision.az/redirect.php?url=http://www.dradio.de/dkultur/sendungen/thema/2019445/ https://azvision.az/redirect.php?url=http://www.spiegel.de/thema/vermoegensverteilung_deutschland/

2011-ci ildə ölkədə psixi xəstəliklərə tutulmuş əhali arasında əmək qabiliyyətsizliyi üzrə 59,2 milyon gün qeydə alınmışdır. Bu, son 15 il ərzində 80% artım deməkdir və ciddi itkilərə aparır.

Psixi yüklənmələr vaxtından əvvəl təqaüdə çıxmaların 1 nömrəli səbəbidir. Bu halda orta yaş 48,3-dür. 2007-ci ildə AFR-ın Səhiyyə Nazirliyi psixi xəstəliklərin müalicəsinə 27 milyard avro pul ayırıb. Bu, 2002-ci ildəkindən 3,3 milyard avro daha çoxdur. Demək olar ki, işçilərin 17%-i özlərini iş vaxtı həm fiziki, həm də emosional tükənmiş hiss edirlər. Hər il 3000-dən çox işçi iş yerində təzyiqə məruz qalıb, özlərini həyatdan məhrum edir. 5,7 milyon işçi yuxarı Almaniyada mobbinq ( iş yerində psixoloji təzyiqə məruz qalma) qurbanı olublar.

Hər il Almaniyada 50 000 uşaq və yeniyetmə itir.

Bütün bu faktlar haqqında Amnesty International Deutschland məlumatlandırıb. Ancaq Almaniyada insan hüququnun pozulması vəziyyəti haqqında təşkilatın inadkar sükutunu, ehtimal ki, alman dövlətinin verdiyi səxavətli ianələrlə izah etmək olar. Uyğun olan hesabatları Amnesty International-ın alman seksiyasının internet-səhifəsində oxumaq mümkündür.

Digər məşhur təşkilat Human Rights Watch da özünü fərqli aparmır. Müstəqil ekspertlər hələ ki bu təşkilatın nəyi rəhbər tutmasını aydınlaşdırmağı bacarmayıblar.

haqqin.az
Tərcümə: AzVision.az


Teqlər:





Xəbər lenti