Ərdoğanı təhqir edən yazıçıya 11 ay həbs

Ərdoğanı təhqir edən yazıçıya 11 ay həbs
  25 Sentyabr 2014    Oxunub:1681
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə təqsirləndirilən yazıçı Erol Ozkoray barəsində məhkəmə həbs qərarı çıxarıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə "Gezi fenomeni" kitabının müəllifinə 11 ay 20 gün həbs cəzası verib. Amma cəzanın icrası 5 illiyə təxirə salınıb.

Qeyd edək ki, Ozkoray "Gezi fenomeni" kitabını xanımı ilə birlikdə yazıb. Kitabda keçən il İstanbulda hökumət əleyhinə kütləvi nümayişlərdən bəhs olunur.


Teqlər:  





Xəbər lenti