Misir mətbuatı Azərbaycandan yazdı
Məqalədə deyilir ki, Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasını Azərbaycanın həyatında tarixi gün adlandırıb. Bu hadisə Avropanın enerji təhlükəsizliyi üçün yeni səhifə açacaq və Azərbaycan öz təbii ehtiyatlarının Avropa bazarlarına nəqlini artıracaqdır. Bu layihə Azərbaycan və Avropa üçün əhəmiyyətlidir, çünki o, gələcəkdə Azərbaycan qazını Gürcüstan, Türkiyə və Yunanıstana, oradan da Bolqarıstana, Albaniyaya, İtaliyaya və başqa ölkələrə nəql etməyə imkan verəcəkdir. Layihənin həyata keçirilməsi Azərbaycanın inkişafı üçün əlavə iqtisadi dividendlər deməkdir.
Sonda Azərbaycanın enerji resurslarının hasilatı və dünya bazarlarına nəqli strategiyasının həyata keçirilməsində son 20 ildə ölkəmizin qazandığı böyük müvəffəqiyyətlər və “Əsrin müqaviləsi”nin müasir Azərbaycanın inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanır.(AzərTAc)
Teqlər: