Ərdoğan BMT-də Qarabağı nümunə göstərdi

Ərdoğan BMT-də Qarabağı nümunə göstərdi
  25 Sentyabr 2014    Oxunub:2250
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 69-cu iclasındakı çıxışında Azərbaycanın Dağlıq Qarabağ problemindən söz açıb.

AzVision.az-ın məlumatına görə, Ərdoğan Türkiyənin terrora dəstək verən ölkə olmadığını deyərək bu əsnada ermənilər tərəfindən işğal altında olan Azərbaycan torpaqlarını nümunə kimi diqqətə çatdırıb.

“Kiprdə problemin həllini ən çox arzulayan, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini müdafiə edən, Ukrayna başda olmaqla kritik bölgələrdə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən ölkə Türkiyədir. Bundan sonrada dünyada, bölgədə sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik. Dostlarımız üçün bundan sonra da əvəzsiz dost olmağa çalışacağıq.

Dünyada ədalətsizliyin, qanın, insanların göz yaşlarının sona çatmasını arzu edirik”-deyə Ərdoğan çıxışında bildirib.

Ərdoğan daha sonra BMT-ni kəskin tənqid edib. O, BMT-ni dünyada baş verən qırğınlarda ittiham edib:

"Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil, heç kimin də təhlükəsizliyinə zəmanət yoxdur. Bunlara laqeyd qalanlar günahlara açıq aşkar ortaq olmaqdadır. Fələstində uşaqların, qadınların, hətta əlillərin qətlinə dünya seyirçi qalır. Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq təşkilatlardan ümidlərini kəsən kütlələr, çarəsizlik və ümidsizlik içində terrorun tələsinə düşürlər. Hazırda İraqda yaşanan xaos, terror və köçlərə BMT təsirli bir rəftar ortaya qoya bilmir. Bu vəziyyət çox davam edə bilməz".

A.RÜSTƏMOV



Teqlər:  





Xəbər lenti