ABŞ müxalifətə 40 milyon ayıracaq

ABŞ müxalifətə 40 milyon ayıracaq
  25 Sentyabr 2014    Oxunub:1822
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, ABŞ Suriya müxalifətinə kömək məqsədilə əlavə 40 milyon dollar ayıracaq.
Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

Dövlət katibinin sözlərinə görə, ayrılan məbləğdən 15 milyon dollar müxalifətin silahla təchiz olunmasına xərcələnəcək.

Kerri həmçinin vurğulayıb ki, rəsmi Vaşinqton İraq və Şam İslam Dövləti (İŞİD) təhlükəsi və Əsəd Suriyada hakimiyyətdən gedənə qədər Suriya üsyançılarını dəstəkləyəcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti