Lavrov: “Obama Rusiyada təhlükə görür”

Lavrov: “Obama Rusiyada təhlükə görür”
  25 Sentyabr 2014    Oxunub:1315
Rusiya Obama tərəfindən səslənidirilən təhlükələr siyahısında ikinci yerə layiq görülüb.
AzVision.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Obamanın BMT Baş Assambleyasının sessiyasında çıxışına münasibət bildirirkən vurğulayıb.

“ABŞ prezidentinın çıxışına gəldikdə, biz beynəlxalq sülh və təhlükəsizliyə təhlükə kimi ikinci yerə layiq görüldük. Birinci yerdə Ebola virusu, ikinci yerdə “Rusiyanın Avropaya təcavüzü” və bundan sonra ABŞ-ın beynəlxalq hüququ və normaları pozduğu Yaxın şərq ölkələrində hökmranlıq edən İŞİD və digər terror qruplaşmaları qərarlaşıb”, - Lavrov bildirib.

“Mənə həmçinin ABŞ, prezidentinin bir neçə dəfə dünya daha azad və təhlükəsiz olması barədə çıxışı da qəribə gəldi. Mən hətta onun bu çıxışının ciddi və ya burada hər hansı “Oruielliyin” olması barədə qərarı verə bilmədim. Çünki, Corc Oruell “Həqiqət Nazirliyi”ni öz vaxtında fikirləşib və görünən odur ki, bu fəlsəfə hələ də keçmişdə qalmayıb”, - deyə, Rusiya xarici işlər naziri vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti