Ruhani: “Avropaya qaz tədarük etməyə hazırıq”

Ruhani: “Avropaya qaz tədarük etməyə hazırıq”
  25 Sentyabr 2014    Oxunub:1326
İran Rusiya-Ukrayna qaz münaqişəsi fonunda özünü Avropa üçün “etibarlı qaz mənbəyi” kimi göstərir.
AzVision.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani avstriyalı həmkarı Haynz Fişerlə görüşü zamanı bildirib.

Prezidentin sözlərinə görə, sanksiyaların aradan qaldırılması və müasir qaz borusunun tikilməsi üçün əlavə sərmayələrinin ayrılacağı təqdirdə İran 2020-ci ildə Avropaya 10-20 milyard kubmetr qaz tədarük edə bilər. İran hökuməti Avstriya vasitəsilə Avropaya qaz tədarükü etməyə hazırdır.

Qərb KİV-nin yaydığı məlumata görə, Avropa İttifaqı hazırda İrandan qaz tədarükü məsələsi imkanını nəzərdən keçirir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti