Olland İŞİD-lə döyüşməkdən imtina etdi

Olland İŞİD-lə döyüşməkdən imtina etdi
  25 Sentyabr 2014    Oxunub:1848
Fransa prezidenti Fransua Olland İraq və Şam İslam Dövləti terror təşkilatının (İŞİD) Suriyadakı mövqelərinə aviazərbələr endirmək imtina edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Fransanın “Le Monde” qəzeti xəbər yayıb.

“Bizim öhdəliyimiz var. Hər şeydən əvvəl İraqda tərəfdaşlarımız tərəfindən müəyyənləşdirilən hədəfləri yerinə yetirmək lazımdır”, - deyə Olland bildirib.

Fransa prezidenti vurğulayıb ki, Fransanın Suriyadakı fəaliyyəti yalnız Suriya Azad Ordusu və müxalifətinə kömək etməklə məhdudlaşır.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev



Teqlər:





Xəbər lenti