İŞİD hüquq müdafiəçisini edam etdi

İŞİD hüquq müdafiəçisini edam etdi
  25 Sentyabr 2014    Oxunub:1446
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları İraqın Mosul şəhərində hüquq müdafiəçisi Samirə Salih Nueymini edam edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Samirə kafir elan edilərək edam edilib. O, sentyabrın 17-də şəhərdə məscidləri dağıdan İŞİD yaraqlılarını “Facebook”-da tənqid etdikdən sonra qruplaşma üzvləri tərəfindən yaşadığı evdən oğurlanıb.

BMT-nin iraqdakı missiyasının məlumatına görə, Samirə şəriət məhkəməsi tərəfindən mühakimə edilib. Samirə insanlar qarşısında edam olunmamışdan əvvəl ona beş gün ərzində müxtəlif cür işgəncələr verilib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti