“Qarabağ”ın tanınması məsələsi parlamentə çıxarılır

“Qarabağ”ın tanınması məsələsi parlamentə çıxarılır
  25 Sentyabr 2014    Oxunub:1686
Sentyabrın 26-da Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi üzrə Komissiyasında “İrs” fraksiyası tərəfindən təqdim olunan “Ermənistan Respublikası və “Qarabağ”ın hərbi-siyasi təhlükəsizliyinin təmin olunması barədə” qanun layihəsini müzakirə ediləcək.
Bu barədə AzVision.az erməni KİV-nəm istinadən xəbər verir.

Parlamentdə aparılacaq müzakirələrdə əsas məruzəçi Zarui Postancyan olacaq. Qanun layihəsində bu müddəalar öz əksini tapıb:

1. “Dağlıq Qarabağ Respublikası”nı (Arsax) tanımaq.

2. Ermənistan və “Dağlıq Qarabağ Respublikası” arasında dövlətlər və ya beynəlxalq təşkilatlar tərəfindən nəzarət-keçid məntəqələrinin yerləşdirilməsi hallarının istisna edilməsi.

3. “Dağlıq Qarabağ Respublikası” və Azərbaycan arasında digər ölkələrin və ya Beynəlxalq təşkilatların Silahlı Qüvvələrinin yerləşdirilməsi imkanın istisna edilməsi.

4. Ermənistanın və “Dağlıq Qarabağ Respublikası” müstəqilliyi və ərazi bütövlüyünü təhlükə yarandığı təqdirdə Ermənistan Respublikasının hər hansı bir quruma üzvlüyünün dayandırılması.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti