Prezidentin oğlu deputatlığa namizəd oldu

Prezidentin oğlu deputatlığa namizəd oldu
  26 Sentyabr 2014    Oxunub:1739
Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu deputatlığa namizədliyini verib.
AzVision.az-ın anpress-ə istinadən verdiyi xəbərə görə, bu barədə danışan Poroşenko oğlu Aleksey Poroşenkonun onunla məsləhətləşmədən bu addımı atdığını deyib:

"Oğlum qızğın mübarizənin gedəcəyi dairədən namizədliyini verib. Düşünürəm ki, o mənə layiq olacaq".

Ali Radaya seçkilərin oktyabrın 26-da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Aleksey Poroşenko Ukraynanın şərqində separatçılara qarşı aparılan hərbi əməliyyatlarda könüllü iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti