Ərdoğan Latviyaya gedir

Ərdoğan Latviyaya gedir
  26 Sentyabr 2014    Oxunub:1036
Türkiyənin yeni Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il Avropa İttifaqında səfər etməyi planlaşdırdığı ilk ölkə Latviya olacaq.
R.T.Ərdoğan bu barədə ABŞ-da Latviya Prezidenti Andris Berzinş ilə görüşü zamanı məlumat verib.

Prezidentlərin görüşündə, əsasən, Türkiyənin Avropa İttifaqına üzvlüyü, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub. İkitərəfli danışıqlar zamanı A.Berzinş bildirib ki, Avropa İttifaqının genişləndirilməsi məsələləri Latviyanın Aİ-yə qarşıdan gələn prezidentliyi dövrünün gündəliyinə daxil edilib.


Teqlər:





Xəbər lenti