Nazirlər ağ “Mercedes”də gəzəcəklər
Artıq prezidentin göstərişinin icrasına başlanılıb. Belə ki, ölkəyə 160 ağ “Mercedes” gətirilib. Yüksək məqamlı məmurların bir çoxu maşınlarını yeniləsə də, prosesin başa çatması üçün əlavə avtomobillərə ehtiyac var. Gələcəkdə ağ “Mercedes” alanlar arasında media nümayəndələri də olacaq. Qəzet redaktorları, TV və radio rəhbərləri də bu sırada yer alıblar.
Agentlik bildirir ki, xidməti avtomobillərin rənginin dəyişməsi ideyası Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova məxsusdur. Belə ki, prezident son vaxtlar ağ avtomobildən istifadə edir. Müvafiq olaraq onu müşayiət edən avtomobillərin də rəngi dəyişib.
Ancaq bu axmaq rəng dəyişmənin səbəbi barədə heç bir məlumat verilmir.(musavat)
Teqlər: