Kardaşyana hücum etdilər

Kardaşyana hücum etdilər
  26 Sentyabr 2014    Oxunub:1272
Məşhur ukraynalı jurnalist Vitali Sedyuk məşhur amerikalı fotomodel və aktrisa Kim Kardaşyana hücum edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Hadisə sentyabrın 25-i Parisdə keçirilən yüksək moda həftəsində baş verib. Kardaşyan öz həyat yoldaşı Kanye Uestlə birgə moda sərgilərindən birinə qatılıb. Kardaşyan maşından yerə düşdüyü zaman Sedyuk ona hücum edərək, onu yerə yıxmaq istəyib. Bu zaman cangüdənlər onun köməyinə gəlib və Sedyuku uzaqlaşıdırıblar.

Sedyukun həbs olunmadığı bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti