Azərbaycanlı tələbələr Türkiyədə qəzada öldü - VİDEO

Azərbaycanlı tələbələr Türkiyədə qəzada öldü - VİDEO
  26 Sentyabr 2014    Oxunub:2788
Türkiyənin Uşak Universitetində təhsil alan azərbaycanlı tələbələr avtomobil qəzasında ölüblər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dərsdən çıxan 5 tələbə kirayə götürdükləri avtomobillə Uşak Universiteti yaxınlığında yerli vaxtla saat 22:30 radələrində qəza törədiblər. Belə ki, azərbaycanlı tələbə Əli Kərimli və onun 4 dostunun olduğu 64 LV 863 dövlət nömrə nişanlı maşın yüksək sürətlə hərəkət edərkən əvvəlcə yoldakı işıq dirəyini daha sonra isə 3 ağacı aşırıb. Bundan sonra isə maşın qarşıdan gələn 43 LN 600 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində azərbaycanlı tələbələr Ülvi Sadıqov və Elvin Hüseynov hadisə yerində, Anar Musayev isə xəstəxanada dünyasını dəyişib. Maşının sürücüsü Əli Kərimli və Mayıs Həsənov isə ağır yaralanıb.

Digər maşındakı sürücü Adnan Kan, onun həyat yoldaşı Əminə, 8 yaşlı qızı Əsra və 4 yaşlı oğlu Hüseyn Kan yaralanıb. Türkiyəli ailənin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə 2 saat ərzində yolun bağlanmasına və tıxaca səbəb olub. Qəza ilə bağlı istintaq işi açılıb.




Fatimə Kərimli
AzVision.az







Teqlər:  





Xəbər lenti