Taliblərə ağır zərbə: 100 ölü

Taliblərə  ağır zərbə: 100 ölü
  26 Sentyabr 2014    Oxunub:1269
Əfqanıstanda hökumət qüvvələri terrorçulara qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
AzVsiion.az-ın “İTAR-TAS” agentliyinə istinadən verdiyi məlumata görə, hərbçilər son 48 saat ərzində 100-ə yaxın taliban yaraqlısını məhv edib.

Hökumət qüvvələri və radikal qruplaşmalar arasında ən qızğın döyüşlər Nənqərhar və Uruzqan vilayətlərində baş verib.

Əməliyyatlar nəticəsində öldürülən şəxslərin böyük əksəriyyəti Pakistan vətəndaşlarıdır. Bundan əlavə, uğurlu əməliyyat nəticəsində 20-dən çox terrorçu da saxlanılıb. Döyüşlər zamanı Əfqanıstan ordusunun 7 əsgəri öldürülüb, 5 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti