İdmançıdan prezidentə özəl hədiyyə

İdmançıdan prezidentə özəl hədiyyə
  26 Sentyabr 2014    Oxunub:1748
Reytinqə görə dünyanın üçüncü tennisçisi Rafael Nadal görüş zamanı öz raketkasını Qazaxıstan prezidenti Nursultan Nazarbayevə hədiyyə edib.
Bu barədə AzVision.az Qazaxıstan KİV-nə istinadən xəbər verir.

“Qazaxıstan prezidenti Nursultan Nazarbayev yoldaşlıq oyunu üçün Astanaya gələn tennisçilər Rafael Nadal və Jo-Vilfrid Tsinqo ilə görüşüb. Tennisçilər dəvətə görə, ölkə başçısına minnətdarlıq edib. Onlar bildiriblər ki, tennisçilərin Qazaxıstanda baş tutan oyunu bu ölkədə tennisə olan marağı artıracaq. Sonda Rafael Nadal öz raketkasını prezidentə hədiyyə edib”, - deyə Qazaxıstan prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti