Ermənistan parlamenti `Qarabağ`ı tanımadı

Ermənistan parlamenti `Qarabağ`ı tanımadı
  27 Sentyabr 2014    Oxunub:2797
Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsinin gündəliyə daxil edilməsinə icazə verməyib.

AzVision.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qanun layihəsi müxalif "İrs" fraksiyası tərəfindən təklif olunub.

Fraksiyanın rəhbəri Zarui Postancyan deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ölkənin Gömrük İttifaqına üzv olması baxımından aktualdır. Səsvermə zamanı komissiya üzvlərinin əksəriyyəti qanun layihəsini bəyənməyib.


Teqlər:  





Xəbər lenti