Şeyx Moskvada mükafat aldı

Şeyx Moskvada mükafat aldı
  27 Sentyabr 2014    Oxunub:1434
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rus pravoslav kilsəsinin ali mükafatı - I dərəcəli Müqəddəs Knyaz Daniil Moskovski ordeni ilə təltif olunub.
AzVision.az trend-ə istinadən xəbər verir ki, mükafatı QMİ sədrinə Moskva və bütün Rusiyanın patriarxı Kirill Moskvadakı iqamətgahında təqdim edib.

Bu mükafat A.Paşazadənin "dinlərarası və millətlərarası konstruktiv əlaqələrin qurulmasına, müasirlərimizin həyatında ənənəvi dini-mənəvi dəyərlərin qorunmasına verdiyi böyük töhfə"yə görə pravoslav xalqının minnətdarlığıdır. Patriarx Kirill Azərbaycanın pravoslav icmasının dinc və firavan yaşaması ilə bağlı Şeyxülislamın qayğısını qeyd edib.

QMİ sədri Kirill ilə söhbətində etiraf edib ki, patriarxın bütün moizələrinin lent yazısını dinləyir: "Patriarxın moizələrində müsəlmanlara aid çox məqam tapıram".

Patriarx Kirillin sözlərinə görə, Rus pravoslav kilsəsi çox mürəkkəb siyasi kontekstə baxmayaraq, sülhməramlı missiyanı fəal davam etdirir, insanlar arasında sülhə, ölkələr arasında sıx əməkdaşlığın qurulmasına yardım göstərir.


Teqlər:  





Xəbər lenti