Erməni cinayətkarlar yaxalandı

Erməni cinayətkarlar yaxalandı
  30 Aprel 2013    Oxunub:1231
Moskva vilayətində ermənilərdən ibarət cinayətkar dəstə tutulub.
Miçurinsk oğurluğunda günahkar hesab edilən cinayətkar dəstə Moskva vilayətində saxlanılıb. Məlumata görə saxlanılanlardan 3-ü Moskva ətrafında yaşayan 30-40 yaşlarında olan 3 ermənidir.

Polis həmin şəxslərin Tambov vilayətinin varlı sakinlərinin evlərini qarət etməkdə günahlandırır. Əməliyyatçıların sözlərinə görə onlar cari ilin yanvar ayında da silsilə oğurluqlar həyata keçiriblər.

Ermənilər Miçurinsk rayonunda 6 evdən oğurluq ediblər. Ev sahiblərinin evdə olmamasından istifadə edərək içəri daxil olmuş və qiymətli əşyaları pul, qızıl və gümüş bəzək əşyaları və bahalı qab-qacaqları oğurlayıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti