“Azərbaycan ərzaq təhlükəsizliyi ilə bağlı işlər görməlidir”

“Azərbaycan ərzaq təhlükəsizliyi ilə bağlı işlər görməlidir”
  30 Aprel 2013    Oxunub:2006
“Dünyada 875 milyon insan aclıqdan əziyyət çəkir. Azərbaycan son 5 ildə müşahidə olunan iqtisadi artım nəticəsində isə yoxsulluğun səviyyəsini 49 faizdən 6 faizə qədər azaldıb”
AzVision.az xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broek “Ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı” na həsr edilmiş tədbirdə deyib.

O, bildirib ki, BMT-nin hesablamalarına görə, dünyada 875 milyon insan aclıqdan əziyyət çəkir.

“Azərbaycanda digər ölkələrdə olduğu kimi aclıq problemi olmasa da, ərzaq təhlükəsizliyi ilə bağlı ciddi addımlar atılmalıdır. Hesablamalara görə 2030-cu ilə qədər dünya əhalisinin sayı 1 milyarda qədər artacaq və burda ərzaq təhlükəsiziyini artırmaq vacib olacaq. Antonius Bruk onu da bildirib ki, ekoloji pisləşmə durmadan artır. 2050-ci ilə qədər ekoloji pisləşmə 17-20% öz mənfi təsirini göstərəcək. BMT fauna hesablamalarına görə, bu gün 875 milyin insan aclıqdan əziyyət çəkir.Buna operativ cavab vermək üçün ölkələr cəhdlərini artırmalıdırlar ki, ərzaq təhlükəsizliyi təmin olunsun. 2012-ci iləd Rioda keçirilən konfransda BMT-nin baş katibi Pan Ki Mun bildirdi ki, əsəs təşəbbüslərin məqsədi hamını yetrincə qida və azuqə ilə təmin etməkdir. Bütün bunların məqsədi erkən yaşlarda uşaqların aclıqdan əziyyət çəkməməsiri. Neft sektorundan qeyri neft sənayesinı keçid vacibdir. Kənd təsərrüfatıın inkişafı bu cəhətdən çox mühimdir. Azərbaycan dövlət kənd təsərrüfatı inkişafına ciddi dəstək olur. Sadəcə olraq lizinq proqramlarına çıxış hamıya əlçatan edilməsi vacibdir. Bundan başqa mütəxəssislərin sayı artırılmalıdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti