Kataloniya İspaniyadan ayrılmaq istəyir

Kataloniya İspaniyadan ayrılmaq istəyir
  27 Sentyabr 2014    Oxunub:1583
İspaniyanın Kataloniya vilayətinin rəhbəri Artur Mas bölgədə müstəqilliyin elan olunması ilə bağlı referendum keçiriləcəyini bildirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Referendumun bu ilin noyabr ayının 9-da keçiriləcəyi gözlənilir. Ümumxalq səsverməsi İspaniya hökumətinin razılığı olmadan keçiriləcək. Artıq rəsmi Madrid bu seçkilərin ölkə Konstitutsiyasına zidd olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti