Şimali Koreya Cənubla birləşmək istəyir

Şimali Koreya Cənubla birləşmək istəyir
  28 Sentyabr 2014    Oxunub:2041
Ancaq ortada mühüm bir şərt var
Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) xarici işlər naziri Lİ Su En BMT-nin 69-cu sessiyasında çıxışı zamanı bildirib ki, Şimali Koreya Cənubi Koreya ilə birləşməyə hazırdır. Bu barədə Rusiyanın “ИТАР-ТАСС” agentliyi sentyabrın 28-də məlumat yayıb.

ŞKXDR təkid edir ki, bu iki dövlətin birləşməsi müxtəlif sahələrdə (xüsusən siyasi müstəvidə) qarşıdurmaların yaranması ilə müşahidə olunmamalıdır. Birlik formatı konfederasiya anlayışının ehtiva etdiyi çərçivədə həyata keçməlidir. Yəni, birləşmiş ölkədə iki fərqli siyasi system mövcud olmalıdır”, sosialist Koreyanın baş diplomatı belə deyib.

Eyni zamanda, ənənəyə sadiq qalan xarici işlər naziri ABŞ-ı ittiham edib. O, bildirib ki, Amerika ŞKXDR-ın suverenliyinə və mövcudluğuna təhlükə təşkil edir. Belə ki, Amerika ŞKXDR-i müxtəlif vasitələrlə “boğmağa” çalışır. Nazirin sözlərinə görə Koreya yarımadasında nüvə problemi öz həllini tapa bilər. Bunun üçün ABŞ ŞKXDR-ə qarşı yeritdiyi siyasətdən əl çəkməlidir.

Xatırladaq ki, yaranan ilk gündən hakimiyyətə gəlmiş Koreya Əmək Partiyası ölkədə planlaşdırılan iqtisadiyyat sistemi qurub. 1949-cu ildən bütün sənaye sahələri, o cümlədən daxili və xarici ticarət dövlət nəzarətindədir. Rəsmi Pxenyan bazar iqtisadiyyatına söykənən və dünyanın öncül iqtisadi modellərindən birinə sahib olan Cənubi Koreyaya qarşı düşmənçilik siyasəti yeridir. Nəticədə siyasi baxışlara görə ikiyə bölünmüş koreya xalqı uzun illərdir ki, arzuladığı birliyə nail ola bilmir.

Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyanın gənc lideri Kim Çen In babasından gələn iqtdarı atasından aldıqdan sonra ara-sıra vahid Koreya dövlətinin yaranması ilə bağlı çağırışlar edir. Ancaq hələ ki, bu kimi çağırışlar söz olaraq qalır.(musavat)


Teqlər:





Xəbər lenti